“Dünyanın ən gözəl qızı” 19 yaşında – FOTOLAR

22:41 | 1 İyun, 2020

2007-ci ildə 6 yaşında ikən “Dünyanın ən gözəl qızı” seçilən Tilan Blondenin yeni görüntüləri yayılıb.

Editor.az qafqazinfo-ya istinadən xəbər verir ki, İnstaqramda 3,5 milyon izləyicisi olan Tilan pandemiya dövründə Parisdəki evində çəkilmiş fotolarını paylaşıb. Model olaraq tanınan və öz markasını da yaradan Blonde bu yaxınlarda 19 yaşını qeyd edib.

Xatırladaq ki, T.Blonde 2018-ci ildə də “İlin ən gözəl siması” tituluna layiq görülüb. O, dizayner Veronika Loubri ilə fransalı futbolçu Patrik Blondenin qızıdır.

Tilan “L’Officiel”, “Vogue” kimi məşhur jurnalların üz qabığında da çəkilib.
"Dünyanın ən gözəl qızı" 19 yaşında - FOTOLAR"Dünyanın ən gözəl qızı" 19 yaşında - FOTOLAR"Dünyanın ən gözəl qızı" 19 yaşında - FOTOLAR"Dünyanın ən gözəl qızı" 19 yaşında - FOTOLAR"Dünyanın ən gözəl qızı" 19 yaşında - FOTOLAR

Mövzunu Facebookda şərh et