Moskvada koronavirusdan ölənlərin sayı 2 624 nəfərə çatıb

23:48 | 1 İyun, 2020

Rusiyanın paytaxtı Moskvada son sutka ərzində koronavirusdan daha 71 nəfər ölüb.

Editor.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Moskvada koronavirusla əlaqəli vəziyyətin monitorinqi üzrə operativ qərargahdan bildiriblər.

Məlumatda deyilir: “Moskvada pnevmoniya diaqnozu qoyulan və koronavirus infeksiyası aşkarlanmış 71 xəstə dünyasını dəyişib”.

Ümumilikdə paytaxtda 2 624 nəfər koronavirusdan ölüb.

Mövzunu Facebookda şərh et