ÜST: Dünyada sutka ərzində koronavirusa yoluxanların sayı 123 min artıb

23:52 | 1 İyun, 2020

Dünyada koronavirusa yoluxanların sayı sutkada 123 min artaraq 6 milyonu keçib. Koronavirusdan ölənlərin sayı isə 4 mindən çox artaraq 370 mini keçib.

Editor.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Ümümdünya Səhiyyə Təşkilatının (ÜST) saytında bildirilib.

İyunun 1-nə saat 12:00-a olan vəziyyətə görə, dünyada 6 057 853 yoluxma və 371 166 ölüm halı qeydə alınıb.Sutka ərzində daha 122 917 nəfər koronavirusa yoluxub, 4 000 nəfər ölüb.

Şimali və Cənubi Amerika bölgəsi yoluxanların sayına görə birinci yerdədir – 2 817 232 nəfər. Sutka ərzində həmin göstərici 73 439 nəfər artıb, ölənlərin sayı isə 2 812 nəfər artaraq 160 514 nəfərə çatıb.

Avropada ümumilikdə 2 159 791 yoluxma və 180 594 ölüm halı aşkarlanıb. 24 saat ərzində yoluxanların sayı 17 244, ölənlərin sayı isə 509 nəfər artb.

Dünyada yoluxanların sayında üçüncü yeri Şərqi Aralıq dənizi bölgəsi tutur. Orada yoluxanların sayı 520 137-ə çatıb, 12 12 627 ölüm faktı qeydə alınıb. Gün ərzində yoluxanların sayı 15 15 136 nəfər artıb, 274 nəfər ölüb.

Mövzunu Facebookda şərh et