backend

Azərbaycanda rektor vəzifəsindən azad olundu- Yeni təyinat FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Universitetinə yeni rektor təyin edilib.
Universitetin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, universitetin əvvəlki rektoru Fərid Əhmədov gələcək karyera və elmi fəaliyyətinin davam etdirilməsi ilə əlaqədar öz ərizəsi ilə vəzifəsindən azad olunub.
Azərbaycan Universitetinin rektoru vəzifəsinə Səadət Əliyeva təyin edilib.
Səadət Əliyeva uzun illərdər Azərbaycan Universitetində çalışır. Yeni rektor artıq kollektivə təqdim olunub.
Qeyd edək ki, ali məktəbdə bakalavriat pilləsində 19 ixtisas, magistraturada 9 ixtisaslaşma, doktorantura (dissertantura) səviyyəsində 15 ixtisas üzrə 1299 bakalavriat, 63 magistrant, 24 doktorant və 42 dissertant təhsil alır.
//Editor.az