Azərbaycanlı aparıcının oğlu atasının “ƏKİZİ” ÇIXDI – ŞOK OLDUQ – FOTO

14:21 | 2 İyun, 2020

Tanınmış teleaparıcı İradə İsaq sosial şəbəkədə paylaşdığı kollajla diqqətləri üzərinə çəkib.

Xanım aparıcı atası ilə oğlunun fotosunu paylaşıb. Təəccübləndirən isə İradə İsaqın atası ilə oğlu Yunisin uşaqlığının inanılmaz dərəcədə oxşarlığı olub.

Aparıcı paylaşımına “Soldakı atamdır, sağdakı oğlum. Uşaq ikən tapa bilmirdik ki, Yunis İsaq kimə bənzəyir. Atam hər dəfə “mənə” deyəndə gülürdük. Çünki indiki halına heç oxşamırdı. Bir gün atam uşaqlıq şəklini tapıb bizə göstərəndə beləcə şok olduq. Bir alma qədər bənzəyirmişlər. Möcüzə!” şərhini yazıb.

//Milli.az

Mövzunu Facebookda şərh et