Ermənistanda bir gündə 500-dən çox yoluxma qeydə alınıb

14:28 | 2 İyun, 2020

Ermənistanda koronavirusa yoluxanların sayı 10 009 nəfərə çatıb.

Editor.az Trend-ə istinadən xəbər verir ki, son sutka ərzində 517 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, ötən gün 8 nəfərin ölümü qeydə alınıb.

Bu günədək Ermənistanda 158 nəfər koronavirusdan ölüb, 6 424 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, ölkədə martın 16-dan elan edilən fövqəladə vəziyyət iyunun 13-dək uzadılıb.

Mövzunu Facebookda şərh et