İstanbul polisi xüsusi əməliyyat keçirdi: 118 nəfər saxlanıldı

14:53 | 2 İyun, 2020

İstanbulda polis FETÖ terror təşkilatına qarşı xüsusi əməliyyat keçirib.

Editor.az Trend-ə istinadən xəbər verir ki, əməliyyat nəticəsində 118 nəfər saxlanılıb.

Saxlananlar arasında ehtiyatda olan zabitlər də var.

Qeyd olunur ki, saxlanan şəxslər FETÖ üzvləri ilə sıx əlaqədə olub.

Əməliyyatların Türkiyənin digər şəhərlərində də keçiriləcəyi istisna olunmur.

Xatırladaq ki, Fətullah Gülən və onun tərəfdarları 2016-cı ilin iyulunda Türkiyədə çevriliş cəhdində ittiham olunur.

Mövzunu Facebookda şərh et