“Azərbaycanın yerində olsaydım, Qarabağa hücum edərdim” – Ermənistanın eks-baş naziri

16:41 | 2 İyun, 2020

Ermənistanın sabiq baş naziri Qrant Baqratyan maraqlı açıqlama ilə çıxış edib.

Editor.az Modern.az-a istinadən xəbər verir ki, “Armnews” telekanalının qonağı olan Baqratyan koronavirusa görə, Ermənistanın zəif düşdüyünü deyib.

“Mən Azərbaycanın yerinə olsaydım, 3-4 ay sonra nəinki Qarabağa, həm də Ermənistana hücum edərdim. Ölkə koronavirusa görə zəif vəziyyətdədir”.

Ermənistan cəmiyyətində bu açıqlama ciddi rezonans doğurub. Bəziləri Baqratyanın bu etirafa görə, cinayət məsuliyyətinə cəlb olunmasını tələb ediblər.

61 yaşlı Qrant Baqratyan 1993-1996-cı illərdə Ermənistanın baş naziri olub.

Mövzunu Facebookda şərh et