Rusiyada 5 rahibə koronavirusun qurbanı olub

16:53 | 2 İyun, 2020

Rusiyanın Nijni Novqorod vilayətində monastırların birində 5 rahibə koronavirusun qurbanı olub.

Editor.az Trend-ə istinadən xəbər verir ki, ölüm faktları may ayı ərzində qeydə alınıb.

Ölən rahibələrdən ən gəncinin 50, ən yaşlısının 95 yaşı olub. Monastırın yerləşdiyi Diveyevo kəndi karantinə alınıb.

Koronavirus infeksiyası daha 90 rahibədə aşkar edilib.

Mövzunu Facebookda şərh et