BNA vətəndaşlara tibbi maska paylayıb

17:05 | 2 İyun, 2020

Bakı Nəqliyyat Agentliyinin (BNA) həyata keçirdiyi aksiya çərçivəsində könüllülər tərəfindən bu dəfə “Gənclik” metrostansiyası ətrafında yerləşən dayanacaqlarda və avtobuslarda vətəndaşlara koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair təlimat broşürləri və maskalar paylanılması, eləcə də sərnişinlərin maarifləndirilməsi həyata keçirilib.

“Report” xəbər verir ki, bu barədə Agentlikdən verilən məlumatda deyilir.

Bildirilir ki, aksiya qarşıdakı günlərdə də davam edəcək və “Nəqliyyat Könüllüləri” səhər və axşam pik saatlarında daha çox sərnişin axını müşahidə olunan dayanacaq məntəqələrində sərnişinlərə maska və maarifləndirici broşürlər paylayacaqlar.

Mövzunu Facebookda şərh et