Qadın Instagramda canlı yayım açıb, uşaq doğdu – FOTOLARbackend

Qadın Instagramda canlı yayım açıb, uşaq doğdu – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Altıncı övladına hamilə qalan qadın ev şəraitində dünyaya uşaq gətirib.

5 uşaq anası digər ailə üzvlərinin gözü qarşısında hovuzda doğuş həyata keçirib.

Əslən avstraliyalı olub, ABŞ-da yaşayan Emma Isaacs Los-Ancelesdəki evində doğum edərkən həmin anları sosial şəbəkə vasitəsi ilə canlı yayım edib.

“Okey, Instagram dostlarım, görünür, bu gün sizinlə birlikdə doğuş prosesi həyata keçirəcəyik”, – o, canlı yayıma başlamazdan əvvəl söyləyib.

Seçilmiş kadrları təqdim edirik:

//Milli.az