Attestat verilməsi və sinifdən-sinfə keçirilmə ilə bağlı yeni xəbər

17:48 | 2 İyun, 2020

“Məzunlara dövlət sənədlərinin (attestat) verilməsi ilə bağlı pedaqoji şuranın toplanması onlayn formada keçirilməlidir. Müəyyən səbəblərdən bu olmadıqda sanitar-gigiyenik qaydalara əməl olunmaqla müəllimlər dəvət edilərək proses icra olunmalıdır”.

Bunu Təhsil Nazirliyinin Təhsilin İnkişafı Proqramları/Keyfiyyətinin təminatı sektorunun aparıcı məshələtçisi Anar Mirzəzadə deyib.

O bildirib ki, 20-29 avqustda məktəbdaxili qiymətləndirmənin keçirilməsindən sonra pedaqoji şura toplanmalı və şagirdlərin sinifdən-sinfə keçirilməsi təmin olunmalıdır.

//Report

Mövzunu Facebookda şərh et