Sənətçilərimizin türk məşhurlarla oxşarlıqları… – FOTOLAR

22:52 | 2 İyun, 2020

Hər zaman məşhurlar müzakirə ediləndə “Bizim niyə filankəsimiz” yoxdur cümləsi və bu ifadənin ətrafında qızğın müzakirələr gedir. Kimi dünyaya çıxa bilməməkdə və daha yaxşı inkişaf etməməkdə səbəbi el qınağında, başqası isə məşhurların özündə görür.

Sənətçilərimizi Türkiyəli məşhurlarla müqayisə edib. Müqayisələrdə isə onların sənətləri yox, mediyadakı və cəmiyyətdəki yerləri, etdikləri hərəkətlər və xarakterlər əsas götürülüb.

Beləliklə, sizi siyahı ilə tanış edirik:

Əgər Xalq artisti Aygün Kazımova Türkiyədə dünyaya gəlsəydi, sözsüz ki, “Superstar” olaraq tanınan Ajda Pekkan olardı. Buna onların səhnə şouları, geyimləri və etdirdikləri saysız əməliyyatlar zəmin yaradır. Bir də yaşlarına rəğmən hələ də cavan görünmələri….

Sənətçilərimizin türk məşhurlarla oxşarlıqları... - Fotolar

Xatirə İslamın bir çox hallarda Demet Akalınla bənzərliyi var. Bunun üçün hər iki sənətçinin İnstaqram hesabına baxmaq kifayətdir. Son günlər Xatirə İslam hər anını paylaşmasa da, illər öncə həyat yoldaşı ilə hamamdan bölüşdüyü və belində banka olan şəkillərini unutmamışıq. Bir də paylaşdıqları sonsuz reklamlar…

Sənətçilərimizin türk məşhurlarla oxşarlıqları... - Fotolar

Bəstəkar-müğənni Ramal İsrafilov deyəndə ağla Mustafa Ceceli gəlir. Hər ikisinin hit mahnıları olması və fəaliyyətləri onları bənzər edir.

Sənətçilərimizin türk məşhurlarla oxşarlıqları... - Fotolar

Deniz Seki və Fədayə Laçını birləşdirən isə taleləridir. Hər iksi sevginin qurbanına çevrilib və həbsxana həyatı yaşayıb.

Sənətçilərimizin türk məşhurlarla oxşarlıqları... - Fotolar

Hər nə qədər Şəbnəm Tovuzluya Sibel Can desələr də, bunun haqqını ən gözəl verən müğənni Damladır. “Google”u bir az qurdalasaq, “Sakit” Damlanın və “Sakit” Sibel Canın nələrə qadir olduğunu açıq-aydın görə bilərik. Hər iki ifaçı özünü hər zaman mehriban, saf, qüsursuz göstərmək üçün əldən-ayaqdan gedir.

Sənətçilərimizin türk məşhurlarla oxşarlıqları... - Fotolar

Xalq artisti Röya Ayxan isə Beren Saatdır. Onların sosial şəbəkədə paylaşım edərkən yazdıqları mətnlər heç vaxt anlaşılmır. Hər iki məşhurun yazdığı statusların üzərində media bir həftə araşdırma aparır ki, onların nə deməyə çalışdığını düzgün anlasın.

Sənətçilərimizin türk məşhurlarla oxşarlıqları... - Fotolar

Murat Bozu andıran isə Zamiq Hüseynovdur. Hər ikisi dəbli görünmək üçün dəridən-qabıqdan çıxır. İdman edir, şəxsi həyatını gizlətməyə çalışır və çox məsələdə səssiz qalır.

Sənətçilərimizin türk məşhurlarla oxşarlıqları... - Fotolar

El-aləmin baş açmadığı iki müğənni varsa, onlar Yıldız Tilbe və Elza Seyidcahandır. Hər ikisi fəlsəfi danışır, absurd açıqlamalar edir və statuslar yazır. “Beyin yandıran” bu müğənnilərin musiqi əsərlərinin dərinliyi isə hər kəsə məlumdur.

Sənətçilərimizin türk məşhurlarla oxşarlıqları... - Fotolar

Günay İbrahimli isə tərzi və siması ilə Ziynet Salidir. İllərdir varlar, amma nə ətdilər, nə də balıq. Onlar sakit qalmağı seçir, mahnıları ilə gündəmdə olmağa çalışırlar.

Sənətçilərimizin türk məşhurlarla oxşarlıqları... - Fotolar

Şəbnəm Tovuzlu və Ebru Gündeşi isə illərdir “Həci”ləri ilə gündəmdə olmağı birləşdirir. Bu ifaçılar sənət baxımından milyonlarla kilometr uzaq olsalar da, şəxsi həyat baxımından oxşardırlar. İkisinin də həyat yoldaşı varlı kimi qələmə verilir. Amma onlar öz qazancları ilə yaşayırlar.

Sənətçilərimizin türk məşhurlarla oxşarlıqları... - Fotolar

Sərdar Ortaçla Elton Hüseynəliyev sosial şəbəkələrdə və müsahibələrində sənət şikayəti etməkdən usanmır. Onların bədbin çıxışları isə daim medianın diqqətindədir.

Sənətçilərimizin türk məşhurlarla oxşarlıqları... - Fotolar

Nura Suri heyvan haqqları və vegeterianlıq barədə mütəmadi statuslar yazan ifaçılardandır. Onun bu işini Türkiyədə isə Ömür Gedik diqqətə çatdırır. Bundan başqa hər iki sənətçinin sosial məsələlərə diqqət yetirməsi də onları oxşar edir.

Sənətçilərimizin türk məşhurlarla oxşarlıqları... - Fotolar

Aleyna Tilki və Səmra Rəhimli – İldə 1-2 dəfə mahnı təqdim edən bu müğənnilər daim paylaşımları ilə gündəmdə olurlar. Statuslarının böyük bir qismində özlərini mədh edən ifaçılar cəmiyyətin onlara görə olmadığını iddia edirlər. Onlar haqda yazılan ən çox rəy isə “Bunlar həyatdan nə istəyir” tiplidir.

Sənətçilərimizin türk məşhurlarla oxşarlıqları... - Fotolar

Hər ikisi güclü səs tembrinə malik olan Işın Karaca və Emma Ələkbərzadə vaxtilə artıq çəkidən əziyyət çəksələr də, sonradan görüntüləri ilə hər kəsi təəccübləndirməyi bacarıb.

Sənətçilərimizin türk məşhurlarla oxşarlıqları... - Fotolar

//Axsam.az

Mövzunu Facebookda şərh et