Xoşbəxt bir cinsi həyatın qaydaları

23:31 | 2 İyun, 2020

Çox vaxt həm qadının, həm kişinin cinsi əlaqə əsnasında tam olaraq əlaqəyə konsentrə ola bilməməsi cinsi problemlər gətirə bilir. Bu səbəblə sevişərkən bütün düşüncələri yataq otağının xaricində buraxmaq lazımdır.
Xoşbəxt bir cinsi həyat üçün “yatağa çılpaq girmək” lazımdır. Yatağa çılpaq girmək deyildiyində ağla soyunmaq gəlir. Amma AzadQadın.az bildirir ki, burada yatağa paltarları çıxardaraq girmək deyil, mənfi düşüncələri yataq otağının xaricində buraxaraq girməkdən bəhs edilir.
Cinsi əlaqə qadın və kişinin paylaşdığı çox xüsusi bir andır. Əhəmiyyətli olan nə qədər sürürsə sürsün cinsi həyatı tam mənasıyla yaşamaq, ruh və bədənlə birgə ola bilməkdir. Çünki cinsi əlaqə yalnız cismanı bir hərəkət deyil, bir-birini sevən və arzulayan iki adam arasında yaşanan çox xüsusi bir hərəkətdir.
Cinsi əlaqədə adamın psixologiyası, o ankı ruh halı, cinsi həyatla əlaqədar mənfi duyğu və düşüncələrə sahib olub – olmadığı, adamın özünü və bədənini sevməsi, partnyoruna qarşı olan duyğuları, partnyorun əlaqədəki rəftarı əhəmiyyətli bir yer tutur. Bütün bunları düşünərək yatağa girən adam cinsi əlaqədən həzz ala bilmir. Bu səbəblə cinsi əlaqə yaşanacağı zaman yalnız müsbət şeylər düşünmək lazımdır.
Eynilə duşa paltarlar çıxardılaraq girildiyi kimi, sevişmək üzrə yatağa da mənfi düşüncələrdən təmizlənərək girməkdə fayda var. Necə ki, paltarlarla duş alındığında bədən təmizlənməzsə, rahatlamazsa və yalnız islanılsa, yatağa da mənfi düşüncələrlə girildiyində toxunmanın və sevişmənin verdiyi həzz hiss olunmaz, yalnız penis-vagina birlikdəliyi reallaşar. Bu da cinsi problemlərin meydana gəlməsinə və davam etməsinə yola aça bilir.
Qadınlar, ümumiyyətlə cinsi əlaqə əsnasında o ana fokuslanmaq və həzz almağa çalışmaq yerinə, necə göründükləri, necə iy verdikləri, bədənlərinin kifayət qədər təmiz olub – olmadığı, partnyorunun onu cazibədar hesab edib – etmədiyini düşünmək və s. haqda düşünə bilir və bu tərz düşüncələr də orqazma maneə törədə bilir.
Kişilər də cinsi əlaqə əsnasında zövqdən çox performanslarının yaxşı olub – olmadığına fokuslanır və bu da yenə kişinin sərtləşmə problemi və ya da erkən boşalma yaşamasına səbəb ola bilir.
Cinsi əlaqə əvvəli rahatlamaq və boşalmaq çox əhəmiyyətlidir. Bunun üçün bəzi boşalma və nəfəs məşqləri tətbiq oluna bilər. Diqqətini partnyoruna cəmləmək, cinsi həyatdan danışmaq, cinsi fəaliyyət əvvəli mühitdə bəzi dəyişikliklər etmək, birlikdə bir şeylər içmək, romantik anlar keçirmək, gözəl bir yemək yemək ya da film seyr etmək cütün sevişmə havasına girməsini təmin edə bilir.
Çünki cinsi həyat rahatlamış və boşalmış bir halda, sevişmənin və toxunmanın verdiyi həzzə fokuslanaraq, həzz alıb həzz verə bilmə, ruhu və bədəni paylaşa bilmə, nə olursa olsun bir şəkildə boşala bilmə elm və sənətidir.

//Azadqadin.az

Mövzunu Facebookda şərh et