Demokrat qubernatorlar Trampın ordu göndərmək çağırışını rədd edib

23:36 | 2 İyun, 2020

Bazar ertəsi bir neçə demokrat qubernator prezident Donald Trampın onların ölkə boyu baş qaldırmış zorakılıqlara cavab olaraq “küçələrə hakim olmaq” üçün Milli Qvardiya bölmələrini yerləşdirmədiyi təqdirdə etirazları yatırmaq üçün ABŞ ordusunu göndərmək təhdidinə qarşı çıxış edib.

İllinoys qubernatoru J.B Pritzker federal hökumətin onun ştatına hərbi qüvvələr göndərə biləcəyinə inanmadığını söyləyib.

O, prezidenti Minneapolisdə Corc Floydun öldürülməsinə reaksiya olaraq nümayişçilərin küçələrə çıxdığı vaxt baş qaldırmış zorakılığı yatırmaq üçün bunun etməklə “vəziyyəti alovlandırmaq”da ittiham edib.

“Mən federal hökümətin İllinoys ştatına ordunu göndərə bilməsi fikrinə qarşı çıxıram” – deyə Pritzker Trampın qubernatorları Milli Qvardiyanı yerləşdirməyə çağırmasından sonra CNN tele kanalına müsahibəsində bildirib.

Pritzker Trampın şərhlərinə reaksiya verən ilk qubernatorlardan biridir. Prezident bundan bir neçə saat əvvəl qubernatorları “zəif” adlandıraraq, onları həftə sonu baş vermiş etirazlara daha aqressiv cavab verməyə çağırıb.

25 may tarixində Minnieapolis şəhərində qaradərili Corc Floydun polis tərəfindən nəzarətə götürüldükdən sonra həyatının itiriməsi ölkədə böyük etiraz dalğasına səbəb olub.

Bəzi etirazlar mağazlar, iş yerlərinin qarət olunması avtomobillərin yandırılması, şüşələrinin sındırılması ilə müşayət olub.

Nyu York qubernatoru Endru Kuomo bazar ertəsi “hər an istifadə edə biləcəyimiz” 13 min əsgərin olduğunu desə də etirazların yatırılmasında Nyu York şəhərində ştatın Milli Qvardiyasının köməyindən hələ istifadə etməyib.

Bununla yanaşı bazar ertəsi Milli Qvardiyanın verdiyi açıqlamaya əsasən, Vaşinqton şəhəri də daxil olmaqla azı 23 ştat onların xidmətindən yararlanıb.

Lakin bu addımların Prezident Trampı razı salıb-salmadığı hələlik bəlli deyil. O, jurnalistlərin suallarını cavablandırmayıb, eləcə də növbəti addımlarla bağlı heç bir açıqlama verməyib.

//Milli.az

Mövzunu Facebookda şərh et