“Simpsonlar” yenə təəccübləndirdi: Floydun ölümü məşhur cizgi serialda – FOTOFAKT

10:27 | 3 İyun, 2020

“Simpsonlar” cizgi serialı növbəti dəfə gündəmə uyğunluğu ilə müzakirələrə səbəb olub.

Ekran işindəki növbəti oxşarlıq əyalət polisinin müdaxiləsi ucbatından ölən və etirazlara səbəb olan Corc Floydun ölümü ilə bağlıdır.

Kadrlardan birində serialın obrazlarından olan Şef Viqqamın qaradərili vətəndaşın boynunu dizi ilə sıxdığı görünür. Digər bir kadrda isə kiçik qız uşağı Lizanın “Corc üçün ədalət” şüarı yazılan plakat daşıdığı əks olunub.

Bundan əlavə, sosial şəbəkələrdə paylaşılan fotolarda ABŞ-da polis idarəsinin yandırılması səhnəsi də yer alıb.

Sözügedən karikaturaların hazırkı dövrdə həvəskarladan biri tərəfindən çəkilməsi və ya fotoşop olması, ehtimallar arasındadır.

//Media post

Mövzunu Facebookda şərh et