Cəlilabadda 9-cu sinif şagirdi çayda boğulub öldü

10:29 | 3 İyun, 2020

Cəlilabad rayonunda yeniyetmə çayda boğulub. Editor.az Trend-ə istinadən xəbər verir ki, hadisə rayon ərazisindəki Göytəpə çayında baş verib.

Rayonun Göytəpə şəhəri, M.Əzizbəyov küçəsində yaşayan, Göytəpə şəhər 2 saylı orta məktəbin 9-cu sinif şagirdi, 2004-cü il təvəllüdlü Şəbiyev İlqar Zülfüqar oğlu heyvan otaranda Göytəpə çayını keçmək istəyərkən çaya yıxılıb. Nəticədə İ.Şəbiyev boğularaq ölüb.

Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda araşdırma aparılır.

Mövzunu Facebookda şərh et