“Çelsi” transferlərə 100 milyon ayırdı

10:39 | 3 İyun, 2020

“Çelsi” ən yaxın transfer pəncərəsində heyətini daha da gücləndirmək istəyir.

Editor.az qol.az-a istinadən xəbər verir ki, London klubu rəhbərliyi bunun üçün 100 milyondan çox funt sterlinq transferlərə ayırıb. Bildirilib ki, bu məbləğin böyük hissəsini “Çelsi” Dortmund “Borussiya”sından Ceydon Sançonu almaq üçün ayıracaq. Bundan başqa, klub “Lester”dən Ben Çilvelli heyətinə qatmağa çalışacaq.

Mövzunu Facebookda şərh et