backend

Qənirə Paşayeva Qurban bayramını ön cəbhədə əsgərlərimizlə birlikdə qeyd edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Millət vəkili Qənirə Paşayeva Qurban bayramı münasibətilə Tovuz rayonunda, Ermənistanla ön cəbhədə yerləşən “N” saylı hərbi hissədə əsgərlərlə görüşüb və onların bayramını təbrik edib. Əsgər və zabitlər qarşısında çıxış edən millət vəkili Qənirə Paşayeva onları Qurban bayramı münasibətilə təbrik edib. Qurban bayramının hikmətlərindən danışan millət vəkili Qənirə Paşayeva hər bir hərbçiyə dualarına çatmalarını diləyib. Qənirə Paşayeva deyib ki, hər bir azərbaycanlının ən böyük arzusu Ermənistanın işğalı altında olan torpaqlarımızın işğaldan azad olunması və bayrağımızın Dağlıq Qarabağımızda da dalğalanmasıdır:
“Bunun üçün biz hər birimiz üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməliyik. Mən inanıram ki, o gün uzaqda deyil və biz Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarımızı işğaldan azad edəcəyik və bayrağımız o gözəl torpaqlarımızda da dalğalanacaq və o gözəl bölgələrimizdə də bu gün Cocuq Mərcanlıda qeyd edə bildiyimiz kimi Qurban bayramını qeyd edəcəyik. Aprel döyüşləri və zəfəri bir daha bütün dünyaya ordumuzun artan gücünü göstərdi. Dostlar sevindi, düşmənlər ciddi təşvişə düşdülər. Ordumuzun daha da inkişafı istiqamətində böyük işlər görülür və inşallah ordumuz bundan da daha güclü olacaq. Sizin Vətənimizi qorumaq istiqamətində ruh yüksəkliyiniz isə xüsusi əhəmiyyət daşıyır. İnşallah torpaqlarımızı işğldan azad edib, bayramlarımızı əsl bayram kimi bütün torpaqlarımızda sevinclə qeyd edəcəyik. Allah bu yolda dövlətimizə, millıətimizə və ordumuza yardımçı olsun!”.
Tovuz rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov da əsgər və zabitləri bayram münasibəti ilə təbrik edib, Ali Baş Komandanın rəhbərliyi ilə ordu quruculuğunda görülən işləri xüsusi vurğulayıb və qələbəyə az qaldı, torpaqlarımızı mütləq işğaldan azad edəcəyik deyib.
Daha sonra xidmətdə fərqlənən əsgər və zabitlərə hədiyyələr və millət vəkili Qənirə Paşayevanın müəllifi olduğu kitablar təqdim edilib.Q.Paşayeva yeni çapdan çıxmış kitabının ilk nüsxələrini məhz əsgər və zabitlərə hədiyyə etmək istədiyini deyib və onlara kitabları hədiyyə etməkdən məmun olduğunu deyib. Tədbir bədii hissə ilə davam edib. Millət vəkili Q.Paşayeva və Tovuz rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov hərbiçilərimizlə və övladları xidmət edən bəzi valideynlərlə də görüşüblər. Validenylər övladlarının hərbi xidmətindən və yaradılmış şəraitdən razılıq ediblər.
//Editor.az