İsraildə yaxınmənzilli ballistik raketlər sınaqdan keçirilib

15:53 | 3 İyun, 2020

İsrailin “Israel Aerospace Industries” konserni yaxınmənzilli ballistik raketləri sınaqdan keçirib.

Editor.az Trend-ə istinadən xəbər verir ki, iki ballistik raket dənizdə hədəfləri uğurla vura bilib. Onlardan biri 90 kilometr, digəri isə 400 kilometr məsafədə hədəfləri yüksək dəqiqliklə vurub.

Şirkətdən qeyd ediblər ki, raketlər təhlükəsizlik baxımından dənizdə sınaqdan keçirilib.

Qeyd edək ki, “LORA” raket kompleksi “Israel Aerospace Industries” tərəfindən istehsal edilib. Raket kompleksinin sınağı ilk dəfə 2017-ci ildə baş tutub.

Mövzunu Facebookda şərh et