Prezident İlham Əliyev Ağdamın Xındırıstan kəndi ərazisindəki “N” saylı hərbi hissədə olub

16:32 | 3 İyun, 2020

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev iyunun 3-də Ağdamın Xındırıstan kəndi ərazisində yerləşən “N” saylı hərbi hissədə olub.

Editor.az AZƏRTAC-a istinadən bildirir ki, Müdafiə naziri, general-polkovnik Zakir Həsənov dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyevə raport verdi.

Prezident İlham Əliyev hərbi hissədəki şəraitlə tanış oldu.

Mövzunu Facebookda şərh et