Ermənistanda 12 nəfər koronavirusdan öldü

16:33 | 3 İyun, 2020

Ermənistanda koronavirusa yoluxanların sayı 10 524 nəfərə çatıb.

Editor.az Trend-ə istinadən xəbər verir ki, son sutka ərzində 515 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, ötən gün 12 nəfərin ölümü qeydə alınıb.

Bu günədək Ermənistanda 170 nəfər koronavirusdan ölüb, 6 900 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, ölkədə martın 16-dan elan edilən fövqəladə vəziyyət iyunun 13-dək uzadılıb.

Mövzunu Facebookda şərh et