Azərbaycanda karantin rejiminin yumşaldılması dayandırılır

19:11 | 3 İyun, 2020

“Son günlər koronavirusla bağlı yoluxmanın artması müşahidə olunur”.

Bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

“Yolxumanın dərəcəsi ilə bağlı sağalanlar arasında fərq müşahidə olunur. Yeni bir situasiya yaradıb. Buna səbəb də vətəndaşların karantin rejiminin qaydalarına riayət etməməsidir.

Karantin rejiminin yumşaldılmasının dayandırılması aktuallaşıb. Müxtəlif variantlar müzakirə olunub. Məhdudlaşdırma ilə bağlı məsələ müzakirə olunub. Cümə günü axşamdan bazar ertəsi səhərə qədər tam məhdudlaşdırma qüvvəyə minə bilər”, – deyə İ.Məmmədov bildirib.

//Report

Mövzunu Facebookda şərh et