“Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzində vətəndaşlara tibbi maska paylanılıb – VİDEOREPORTAJ

19:22 | 3 İyun, 2020

Bakı Nəqliyyat Agentliyinin (BNA) və Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzində koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair tədbirlər həyata keçirilib.

“Report” xəbər verir ki, tədbirlər çərçivəsində “Nəqliyyat Könüllüləri” vətəndaşlara təlimat broşürləri və tibbi maskalar paylayıb.

Qaydalara əməl etməyən bəzi vətəndaşlara xəbərdarlıq olunub, bəzilərinə isə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq cərimə sanksiyaları tətbiq edilib.

Mövzunu Facebookda şərh et