Nazir bu gənci direktor təyin etdi

22:17 | 3 İyun, 2020

Azərbaycan Respublikası Gənclər və İdman Naziri Azad Rəhimovun müvafiq əmri ilə Elamin Muhuma oğlu Dibirov Ucar Gənclər Evinin direktoru təyin olunub.

Elamin Dibirov bu təyinata qədər Qaradağ Gənclər Evində metodist – mədəni kütləvi tədbirlər üzrə menecer vəzifəsində çalışıb.

E.Dibirov ictimai fəaliyyətə təhsil aldığı Azərbaycan Əmək və Sоsial Münasibətlər Akademiyasının Həmkarlar İttifaqı Komitəsindən başlayaraq daha sonra turizim sahəsində “Trend Travel”-da icraçı direktor, “Gənclərin Sosial Tərəfdaşlıq Mərkəzi” İctimai Birliyində regionlarla iş üzrə katib, “Təhsilli Gələcək” Təhsilin İnkişafı İctimai Birliyində təlim mərkəzinin rəhbəri kimi vəzifələrdə çalışıb. E.Dibirov Türkiyənin İstanbul, Ankara, Latviyanın Riqa, Litvanın Vilnus, Ukraynanın Kiyev və Polşanın Varşava şəhərlərində müxtəlif təlim, seminar və konfranslarda iştirak edib. Yüzdən çox sosial layihə və kampaniyada iştirakçı, təlimçi və təşkilatçı kimi təmsil olunub.

//Editor.az

Mövzunu Facebookda şərh et