Diri-diri torpağa basdırılan şəxs xilas ola bilib

23:16 | 3 İyun, 2020

Hindistanda cinayətkarların diri-diri torpağa basdırdığı Qondal şəhərinin sakini Kapil Marakana qəbirdən çıxaraq xilas ola bilib.

Editor.az AZƏRTAC-a istinadən bildirir ki, yerli polis orqanlarının məlumatına görə, sabiq sahibkar cinayətkar dəstəsi ilə birgə iflasa uğramasında günahkar bildiyi zərərçəkən şəxsi oğurlayaraq döyüb, sonra isə əllərini və ayaqların bağlayaraq torpağa basdırıb.

Kapil Marakana çabalaya-çabalaya torpağın altından çıxıb və yaxınlıqda yerləşən həbsxanaya gələrək hadisə barədə polisə məlumat verib. Hüquq-mühafizə orqanlarının apardığı əməliyyat nəticəsində cinayətkar həbs olunub.

Mövzunu Facebookda şərh et