Hindistanda kimya zavodunda partlayış: 5 ölü, onlarla yaralı varbackend

Hindistanda kimya zavodunda partlayış: 5 ölü, onlarla yaralı var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hindistanın qərbindəki Qucarat ştatında kimya zavodunda baş vermiş partlayış nəticəsində azı 5 nəfər həlak olub.

Editor.az Trend-ə istinadən bildirir ki, hadisə nəticəsində 57 nəfər xəsarət alıb.

Partlayışdan sonra zavodda yanğın başlayıb. Hadisə yerinə 15 yanğınsöndürən maşın cəlb edilib.

Zavodun yaxınlığında yerləşən yaşayış məntəqələrindən 5 minə yaxın sakin təxliyə edilib.