Bakıda dava düşdü, iki nəfər bıçaqlandı

12:40 | 4 İyun, 2020

Bakının Səbail rayonunda bıçaqlanma hadisəsi baş verib.

Hadisə M.Mustafayev küçəsində qeydə alınlb.

“VAZ 2107” markalı avtomobilin içərisində mübahisə düşüb. Mübahisə zamanı 1989-cu il təvəllüdlü Məmmədzadə Bəxtiyar Savalan oğlu və 1967-ci il təvəllüdlü Ağazadə Elxan Kamil oğlu bıçaqlanıb. Yaralılar 1 saylı Xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

//APA

Mövzunu Facebookda şərh et