Niderlandda kafenin terrasında avtomobil insanları vurubbackend

Niderlandda kafenin terrasında avtomobil insanları vurub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Niderlandın Qennep (Limburq əyaləti) şəhərində maşın kafenin terrasının üstünə sürüb.

Editor.az Trend-ə istinadən bildirir ki, bu barədə Hollandiya Teleradioyayım Korporasiyası bildirib.

Məlumata əsasən, hadisə nəticəsində 6 nəfər xəsarət alıb. Hadisə yerində yaralılardan 5 nəfərə yardım göstərilib, bir nəfər yaxınlıqdakı xəstəxanaya göndərilib. Onun həyatı üçün heç bir təhlükə yoxdu.

Avtomobilin sürücüsü saxlanılıb, polis tərəfindən dindirilmə aparılır.