“Dünyasını dəyişən insanların koronavirusdan ölməsi barədə şayiələr var” – TƏBİB AÇIQLADI

18:27 | 4 İyun, 2020

Dünyasını dəyişən insanların koronavirusdan ölməsi barədə arayışların verilməsi ilə bağlı şayiələr yaranıb. Biz bu məlumatları araşdırmışıq. Yayılan məlumatlarda arayışların təcili tibbi yardım xidmətinin işçiləri tərəfindən verildiyi bildirilir.

Editor.az Trend-ə istinadən xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Onun sözlərinə görə, bu məlumatlar düzgün deyil və şayiədir: “Onu da nəzərə almaq lazımdır ki, COVİD-19-un diaqnozunun qoyulması o qədər də asan məsələ deyil”.

Mövzunu Facebookda şərh et