“Satış obyektlərində maskalar vətəndaşlar üçün əlçatandır”

18:30 | 4 İyun, 2020

Tibbi maskalara tələbatın artması ilə bağlı narahatlığa səbəb yoxdur.

Editor.az Trend-ə istinadən xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Onun sözlərinə görə, satış obyektlərində maskalar vətəndaşlar üçün əlçatandır: “Hətta xarici ölkələrdən də Azərbaycandan maska alınması ilə bağlı müraciətlər edilib”.

Mövzunu Facebookda şərh et