Prezident İlham Əliyev Necdet Ünüvarı “Dostluq” ordeni ilə təltif etdi

19:49 | 4 İyun, 2020

Prezident İlham Əliyev Necdet Ünüvarın “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Editor.az AZƏRTAC-a istinadən bildirir ki, sərəncamla Azərbaycan Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə Necdet Ünüvar “Dostluq” ordeni ilə təltif edilir.

Mövzunu Facebookda şərh et