Bakıda ər arvadını bıçaqlayıb

23:46 | 4 İyun, 2020

Bakının Sabunçu rayonunda ailə münaqişəsi zəminində bıçaqlanma hadisəsi baş verib.

Editor.az APA-ya istinadən xəbər verir ki, hadisə Sabunçu qəsəbəsində qeydə alınıb.

1990-cı il təvəllüdlü Babayeva Günel Nazim qızı əri ilə mübahisə zamanı bıçaqlanıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Mövzunu Facebookda şərh et