Diaspor fəallarımız arasında koronavirusdan ölənlər var – RƏSMİ

13:28 | 5 İyun, 2020

“Xaricdə yaşayan diaspor fəalları arasında koronavirusdan vəfat edənlər də var”.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat katibi Vəsilə Vahidqızı bildirib.

Onun sözlərinə görə, xaricdə yaşayan diaspor fəalları arasında ailəlikcə koronavirusa yoluxanlar var:

“Ukrayna, Dağıstanda ailəlikcə virusa yoluxanlar var. Yoluxanlar və ölənlər barədə dəqiq məlumat vermək mümkün deyil. Bəzi diaspor fəalları bir-birini tanımır. Bir-birini tanıyanlar koronavirusa yoluxma ilə bağlı məlumat verirlər”.

V.Vahidqızı qeyd edib ki, İsveç Krallığının paytaxtı Stokholm şəhərində və ABŞ-da yaşayan iki soydaşımız koronavirusdan ölüb.

Mövzunu Facebookda şərh et