backend

“Ukrayna Energetika Birjası”nda elektron hərracda 10 min ton “AzeriLight” nefti satılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın “Ukrtransnafta” şirkəti “Ukrayna Energetika Birjası”nda “AzeriLight” markalı neftin satışı ilə bağlı ikinci elektron hərracını keçirib.
hərraca çıxarılmış 12 min ton Azərbaycan neftinin 10 min tonunu “Ukrtatanafta”, şirkəti, 2 min tonu isə “Ukrqazdobıça” şirkətləri əldə ediblər. Azərbaycan neftinin satış qiyməti açıqlanmayıb.
Qeyd edək ki, “Ukrtransnafta”nın sentyabrın 5-də “Ukrayna Energetika Birjası”nda 12 min ton “Azeri Light” markalı nefti hərraca çıxaracağı barədə məlumat verilmişdi. Məlumatda bildirilib ki, hərrac diferensial rejimdə keçiriləcək. Həcm 2 min və 10 min ton olmaqla iki lota bölünüb. Azərbaycan nefti Kaqamlık dəmiryolu stansiyasında (Kremençuq Neft Emalı Zavodu) FCA (Free Carrier) şərtləri ilə satılır. Hərracda satılan neftin daşınması sentyabrın 14-dən oktyabrın 14-dək davam edəcək.
“Ukrtransnafta”nın baş direktorunun birinci müavini Andrey Pasişnik bildirib ki, sentyabr ayı ərzində “Ukrtransnafta” Kremençuq NEZ-də saxlanılan 37 min ton həcmindəki “Azeri Light” markalı neftin hamısını satışa çıxarmağı planlaşdırır: “Hazırda Kremençuq zavodunda 37 min ton “Azeri Light” markalı əmtəə nefti saxlanılır. Səhmdarların yığıncağında alınan qərara əsasən, bu həcmi satmalıyıq. Bütün həcmin sentyabr ayı ərzində satışa çıxarılması nəzərdə tutulur. Buna görə də hər həftə 12 min, 12 min, 13 min ton olmaqla bütün həcmi birjaya çıxarmağı planlaşdırırıq”.
Məlumata görə, sentyabrın 12-də keçiriləcək növbəti hərracda 12 min ton Azərbaycan nefti satışa çıxarılacaq.
Qeyd edək ki, “Ukrtransnafta” Ukraynanın yeganə neft nəqli sisteminin operatorudur. Onun səhmlərinin 100%-i “Naftogas Ukraine” şirkətinə məxsusdur.
//APA