Dövlət Sərhəd Xidməti: Ermənistan Qazax və Ağstafada yeni döyüş möv­qeyi əldə etməyib

14:32 | 5 İyun, 2020

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Ermənistan Müdafiə Nazirliyinin dezinformasiya yaydlğını bəyan edib.

Dövlət Sərhəd Xidmətinin bununla bağlı yaydığı məlumatda deyilir:

“İyunun 4-də Ermənistan Müdafiə Nazirliyinin rəsmi mətbuat orqanı olan «hayzinvor.am» saytında yerləşdirilmiş materialda Ermənistan Silahlı Qüvvə­lərinin Ermənistanın şimal-şərqində Azərbaycan Respublikası ilə dövlət sərhə­dində yeni döyüş mövqeyinin yaradılması qeyd edilib. Bununla əlaqədar Dövlət Sərhəd Xidməti rəsmi olaraq bildirir ki, Qazax və Ağstafa rayonları ərazisində Azərbaycan-Ermənistan dövlət sərhədindən keçən təmas xəttində, Azərbaycan və Ermənistan döyüş mövqeləri arasında Ermə­nistan tərəfinin öz mövqelərini irəli çəkməklə hər hansı yeni döyüş möv­qeyi əldə etmə­si barədə məlumat həqiqətə tam ziddir.

Əksinə, Dövlət Sərhəd Xidmətinin sərhəd-döyüş mövqelərinin irəli çəkilməsi nəticəsində düşmənin bir sıra istiqamətlərdə müxtəlif diversiya və təxribatlar törətmək imkanları ciddi məhdud­laşdırılıb”.

//Modern.az

Mövzunu Facebookda şərh et