Homoseksuallığı təbliğ edən Əməkdar artist 2 milyon təzminat ödəyə bilər

16:33 | 5 İyun, 2020

Ukraynanın Əməkdar artisti, Rusiyanın pop ulduzu Svetlana Loboda məhkəməyə verilib.

Editor.az qafqazinfo-ya istinadən xəbər verir ki, sənətçi homoseksuallığın təbliğində ittiham olunur.

Belə ki, Lobodanın “Superstar” və bir neçə ekran işlərində gey, lezbiyan münasibətlərinə yer verilib. Bu səbəblərdən Viktor Borisov adlı şəxs sənətçini məhkəməyə verib və ondan iki milyon rubl təzminat istəyib.

Mövzunu Facebookda şərh et