“Nömrə 1, nömrə 2 avtobus kimi, bütün günü mənəm-mənəm demək …” – Natavan Həbibidən qalmaqallı SÖZLƏR

22:30 | 5 İyun, 2020

ARB tv-də yayımlanan “Şou news” verilişi müğənnilər arasında “Nömrə 1 kimdir?”lə bağlı sorğu keçirib.

BiG.AZ həmin sorğunun nəticələrini təqdim edir.

Mənsum İbrahimov: “Açıq söyləyəcəm, Röya Ayxandır. Həmişə demişəm ki,nömrə 1 Röyadır. Birincisi, Röyanın səsi xoşuma gəlir, ikincisi isə oxumaq tərzini bəyənirəm”.
"Nömrə 1, nömrə 2 avtobus kimi, bütün günü mənəm-mənəm demək ..." - Natavan Həbibidən qalmaqallı SÖZLƏR

Rəqqasə Fatimə: “Xanımlardan Röya, bəylərdən isə sənətinə, şəxsiyyətinə, görkəminə vurğun olduğum Faiq Ağayevdir”.

"Nömrə 1, nömrə 2 avtobus kimi, bütün günü mənəm-mənəm demək ..." - Natavan Həbibidən qalmaqallı SÖZLƏR

Gülüstan Əliyeva: “Estradada sevdiyim müğənnilər çoxdur. Zülfiyyə Xanbabayeva var, Briliant Dadaşova var, Faiq Ağayev var, Flora xanım var. Bu şəxsləri nömrə 1 hesab edirəm”.

"Nömrə 1, nömrə 2 avtobus kimi, bütün günü mənəm-mənəm demək ..." - Natavan Həbibidən qalmaqallı SÖZLƏR

Natavan Həbibi: “Sən bu gün yaxşı mahnı oxuyursansa, trenddəsənsə, o demək deyil ki, sən nömrə 1-sən. Sənin hər şeyin səndəki kimidirsə, heç kimdən heç nə götürməmisənsə, atdığın addım belə təkrarlanmırsa, o zaman sən bir dənəsən. Nömrə 1, nömrə 2 avtobus kimi, bütün günü mənəm-mənəm demək boş söhbətlərdir”.

"Nömrə 1, nömrə 2 avtobus kimi, bütün günü mənəm-mənəm demək ..." - Natavan Həbibidən qalmaqallı SÖZLƏR

Rövşanə Ağasəfqızı: “Konkret bir nəfərin adını çəkə bilmərəm. Röyanı çox sevirəm, Faiq Ağayevi çox sevirəm. Röyanın bütün mahnıları ruhuma yaxındır. Hər bir ifaçının öz yeri var”.

"Nömrə 1, nömrə 2 avtobus kimi, bütün günü mənəm-mənəm demək ..." - Natavan Həbibidən qalmaqallı SÖZLƏR

Nura Suri: “Bu ifadədən xoşum gəlmir. Avtobus deyil, trolleybus deyil ki, nömrələnsin. Bu gün populyar müğənni var, bu gün bir müğənni, sabah digəri populyar ola bilər”.

"Nömrə 1, nömrə 2 avtobus kimi, bütün günü mənəm-mənəm demək ..." - Natavan Həbibidən qalmaqallı SÖZLƏR

Mövzunu Facebookda şərh et