Dəhşətli qətl: qadın qonşusunu evinə çağırıb, qızının gözü önündə baltaladı

22:32 | 5 İyun, 2020

Ukraynada 45 yaşlı qadın evinə spirtli içmək üçün çağırdığı 60 yaşlı kişini baltalayıb.

Editor.az oxu.az-a istinadən bildirir ki, Natalya adlı qadın 60 yaşlı qonşusu Vasili ilə mübahisə etdikdən sonra onu bir neçə dəfə bıçaqlayıb və balta ilə parçalayıb.

Cinayəti törətdikdən sonra qadın əlində siqaret və qəhvə fincanı ilə polisin gəlməsini gözləyib.

Hadisə barədə polisə o, özü xəbər verib.

Məlum olub ki, Natalya və Vasili həddən çox spirtli içki qəbulundan sonra mübahisə ediblər və aralarındakı anlaşılmazlıq tezliklə davaya çevrilib. Bu zaman Natalya mətbəxdən bıçaq götürərək, kişiyə hücum edib, sonra isə onun bədənini balta ilə parçalayıb. Qadın qurbanının qışqırmaması üçün onun ağzını çörəklə doldurub.

Natalya dəhşətli qətli 16 yaşlı qızının gözü qarşısında törədib.

Polis onun evinin həyətindən ölən kişinin cəsədinin parçalarını, bıçaq və balta tapıb.

Günahı sübut olunarsa, qadını 15 il müddətinə həbs cəzası gözləyir.

Qonşuları Natalyanın spirtli içkiyə qurşanmadan əvvəl çox əxlaqlı qadın olduğunu deyiblər.

Mövzunu Facebookda şərh et