Borca görə hamilə rəfiqəsini qəbirstanlıqda öldürdü – VİDEO

22:34 | 5 İyun, 2020

Rusiyanın Buryatiya respublikasında beş il əvvəl törədilən cinayətin üstü açılıb.

Editor.az oxu.az-a istinadən bildirir ki, 2015-ci ildə, Ulan-Udedəki qəbiristanlıqda sinəsinə və qoluna bıçaqla xəsarət yetirmiş 40 yaşlı hamilə qadın ölü tapılıb.

Polis cinayətkarın dərhal izinə düşməyə müvəffəq olmasa da, sonradan onun mərhumun birgə işlədiyi rəfiqəsi olduğunu müəyyənləşdirib.

Məlum olub ki, ölən 54 yaşlı qadına rəfiqəsinin borcu olub, baxmayaraq ki, həmin qadın borcunu qaytardığını deyib.

Digər iş yoldaşları haqqında məlumat ala bilmədikləri hamilə qadına zəng vursalar da, şübhəli, yaxın rəfiqə olmalarına baxmayaraq, ona zəng etməyib.

Mütəxəssislər onun qətl hadisəsini ətraflı bildiyini ifadə edən reaksiyalarını təyin ediblər.

İstintaqın nəticələri açıqlandıqdan sonra şübhəli cinayəti etiraf edib. O, 2015-ci ilin may ayında rəfiqəsi ilə birlikdə ərinin qəbrini ziyarətə gedib. Bu zaman cibindən çıxardığı bıçaqla hamilə rəfiqəsini bılçaqlayaraq qətlə yetirib. Bundan sonra mərhum üzərində olan zinət əşyalarını, pulunu götürərək onun üstünə budaqlar örtüb və hadisə yerindən qaçıb.

Onun mərhuma 60 min rubl (1488 AZN) borcu olub.

 

Mövzunu Facebookda şərh et