Ermənistanda bu günədək 100-ə yaxın polis işçisi koronavirusa yoluxub

22:40 | 5 İyun, 2020

Ermənistanda indiyədək 100-ə yaxın polis işçisi yeni növ koronavirusa (COVID-19) yoluxub.

Editor.az APA-ya istinadən bildirir ki, bu barədə Ermənistanın Polis rəsi Arman Sarkisyan deyib.

“Epidemiya başlayandan bəri 100-ə yaxın polis əməkdaşı koronavirusa yoluxub. Həmçinin hazırda təcriddə olan əməkdaşlar da var. İnfeksiyaya yoluxanlardan bəzilərinin vəziyyəti ağır idi, ancaq onlar artıq sağalıblar”, – deyə A.Sarkisyan bildirib.

Mövzunu Facebookda şərh et