Verner London klubu ilə razılaşdı

22:46 | 5 İyun, 2020

Leipzig-in futbolçusu Timo Verner karyerasını İngiltərədə davam etdirməyə yaxındır.

Editor.az goal.az-a istinadən xəbər verir ki, 24 yaşlı futbolçu Chelsea-nin təklifini qəbul edib. London klubunun Vernerlə ildə 10 milyon avro qazanması şərti ilə 5 illik müqavilə əsasında anlaşdığı bildirilir.

Məlumata görə, “zadəganlar” bu transfer üçün Almaniya klubuna 53 milyon funt-sterlinq ödəyəcək.

Bir çox klubun maraq dairəsində olan alman futbolçu üçün əsas namizədlərdən biri Liverpool idi.

Mövzunu Facebookda şərh et