“Ponçikim, istəyi yerinə yetirəcəm…”- Ölən oğlundan yazdı

23:14 | 5 İyun, 2020

Kiçik oğlu Parsı itirən türkiyəli aparıcı və pilates müəllimi Ebru Şallı övladı ilə bağlı daha bir paylaşım edib.

Sənətçi iki ay öncə vəfat edən 9 yaşlı oğlu ilə mətbəxdə çəkilən fotosunu paylaşaraq bu sözləri yazıb:

“Mətbəxlər artıq boşdur. Canım dünənlə bərabər getdi, nə qədər söz varsa, dünənə aiddir. İndi yeni sözlər demək lazımdır. Ponçikim, istəyi yerinə yetirəcəm…”.

Qeyd edək ki, E.Şallının oğlu 2 il limfa vəzində olan xərçəngdən müalicə alıb. O, 17 apreldə vəfat edib.

"Ponçikim, istəyi yerinə yetirəcəm..."- Ölən oğlundan yazdı

//Axsam.az

Mövzunu Facebookda şərh et