ABŞ “Taliban” mövqelərinə atəşkəsdən sonra ilk zərbələr endirib

23:25 | 5 İyun, 2020

ABŞ aviasiyası “Taliban” radikal hərəkatının mövqelərinə zərbə endirib.

Editor.az Trend-ə istinadən bildirir ki, bu, tərəflər arasında Ramazan bayramı ilə əlaqədar əldə olunmuş atəşkəsdən sonra ilk zərbələr olub.

Qeyd edilib ki, zərbələr “Taliban” silahlılarının nəzarət-buraxılış məntəqələrinə hücumlarının qarşısını almaq məqsədi ilə endirilib.

Zərbələr Fərəh və Qəndəhar əyalətlərində reallaşdırılıb. Hadisə nəticəsində həlak olanların olub-olmaması barədə məlumat verilmir.

Mövzunu Facebookda şərh et