Moskvada koronavirusdan ölənlərin sayı 2 864 nəfərə çatıb

16:18 | 6 İyun, 2020

Rusiyanın paytaxtı Moskvada son sutka ərzində koronavirusdan daha 58 nəfər ölüb.

Editor.az Trend-ə istinadən bildirir ki, bu barədə Moskvada koronavirusla əlaqəli vəziyyətin monitorinqi üzrə operativ qərargahdan bildiriblər.

Məlumatda deyilir: “Moskvada pnevmoniya diaqnozu qoyulan və koronavirus infeksiyası aşkarlanmış 58 xəstə dünyasını dəyişib”.

Ümumilikdə paytaxtda 2 864 nəfər koronavirusdan ölüb.

Mövzunu Facebookda şərh et