ABŞ Almaniyadakı hərbçilərinin sayını azaldır

16:20 | 6 İyun, 2020

ABŞ prezidenti Donald Tramp Pentaqona Almaniyadakı ABŞ hərbçilərinin sayını azaltmağı tapşırıb.

Editor.az Trend-ə istinadən bildirir ki, bu barədə “The Wall Street Journal” qəzetinə hökumətdəki mənbələr bildirib.

Məlumata əsasən, sentyabr ayına qədər Almaniyadan 9,5 min ABŞ hərbçisi öz ölkəsinə qayıdacaq. Hazırda Almaniyada 34,5 min ABŞ hərbçisi var.

Qəzatin mənbələri bildiriblər ki, Almaniyada ABŞ həbrçilərinin sayının azaldılması barədə qərarı yaxın zamanda ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Robert O’Brayen imzalayıb.

Mənbələrdən biri qeyd edib ki, D.Trampın administrasiyasında bu məsələ ötən ilin sentyabr ayından müzakirı olunur.

Mövzunu Facebookda şərh et