backend

Onlar Azərbaycana qarşı olanlarla bir cərgədədirlər – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan məhkəmə qaydasında fransız ictimai telekanalı “France 2″yə və jurnalist Eliza Lyusiyə qarşı təhqiqata başlayıb.
Buna səbəb, telekanalın Azərbaycana qarşı qərəzli, heç bir əsası olmayan, böhtan xarakterli material yayması olub.
“France 2″nin jurnalistləri (Eliza Lyusidən başqa Loran Rişarın da adı hallanır) 2015-ci ilin sentyabrında Azərbaycanla bağlı qərəzli reportaj hazırlayıblar.
Editor.az aznews.az-a istinadən bildirir ki, Azərbaycan tərəfinin vəkili Olivye Pardo efirə çıxmış həmin reportajı “Azərbaycandakı real vəziyyəti əks etdirmədiyi üçün” qınayıb.
Azərbaycan bir avro məbləğində simvolik kompensasiya tələb edib. Hər iki jurnalistə isə 12000 avro məbləğində cərimə kəsilə bilər.
Azərbaycanın tələb etdiyi bir avroluq kompensasiya da göstərir ki, məhkəməyə müraciət edilməsinin əsas məqsədi ölkəmizə qarşı qarayaxma kompaniyasının qarşısını almaqdır.
Fransada başlayan məhkəmə prossesinin gedişi isə növbəti dəfə göstərdi ki, “beşinci kalon” və psevdo azərbaycansevərlər daimi ermənilərlə əlbir olub, eyni mövqedən çıxış edirlər.
Məhkəmənin kuluarlarında əsl anti-Azərbaycan ordusu toplaşıb. Arif Yunus və Qənimət Zahid erməni diasporasının ən radikal üzvləri ilə birləşib, növbəti dəfə Azərbaycana qarşı olan erməniparəst mövqeyi dəstəkləyib. Bu məkəmə araşdırması yenicə başlasa da, prosses artıq indidən kimin kim olduğunu bir daha sübut etdi. Azərbaycanı sevən, öz xalqının maraqlarını düşünənlər Fransanın qərəzli mətbuatına qarşı, yalnız öz şəxsi maraqlarını güdən və Azərbaycana nifrət edən “beşinci kalon” isə ermənilərlə eyni cərgədə yer alıb.