backend

Neftçalada toyda kütləvi dava: 1 nəfər bıçaqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Neftçalada toyda kütləvi dava olub.
Hadisə rayonun Günəşli kəndindəki şadlıq sarayında qeydə alınıb.
Belə ki, toyda baş verən kütləvi dava zamanı Günəşli kənd sakini, 36 yaşlı Elnur Əzizağa oğlu Səlimov bıçaqlanıb, digər həmyerlisi, 47 yaşlı Elxan İmanqulu oğlu Abdullayev isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Elnur Səlimov Neftçala, Elxan Abdullayev isə Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Neftçala rayon Polis şöbəsində araşdırma aparılır.
///Report