Kıvanç “Ferrari”sini sata bilmirbackend

Kıvanç “Ferrari”sini sata bilmir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aktyor Kıvanç Tatlıtuğ ötən il 1 milyon 725 min lirəyə (təxminən 432 min manat) satışa çıxardığı “Ferrari F355 Spider F1” model avtomobilini sata bilmir.

Editor.az axşam.az-a istinadən bildirir ki, 1998-ci il model olan maşının qiymətini sənətçi daha da ucuzlaşdırmalı olub.

Kıvanç maşını indi 1 milyon 575 min lirəyə (təxminən 384 min manat) satışa çıxarıb. 150 min lirə (təxminən 37 min manat) endirim edilən maşını aktyor avtomobil qalereyasında saxlayır.