backend

70 olan yolda saatda 120 km sürətlə hərəkət edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağır çəkili yük maşını sürət həddi 70 olan yolda saatda 120 km sürətlə hərəkət edir. Hətta qarşısına çıxanı ötür.
Görüntülər Bakı – Quba yolunun Siyazən və Quba rayonu ərazilərində yük maşınının arxasındakı minik avtomobilindən çəkilib. Hətta özü də sürət limitini aşaraq çəkdiyi videonu şərh edən minik maşınının sürücüsü göstərir ki, onun sürəti saatda 120 km olduğu halda yük maşınına çata bilmir.
Sonra sürəti artıran həmin sürücü yük maşınını ötüb keçir. Bir müddət sonra yük maşını yenidən onu ötür. Baxmayaraq ki, artıq o iki tərəfli yolda deyil, sürücü yük avtomobilini hətta 90 km/saat sürətlə idarə edir.
Videoda da açıq aşkar görünür ki, qoşqu nömrəsi 99 ZB 929 olan yük maşını yol boyu bütün maşınlarla sanki yarışır. Yüksək sürətlə yanaşı həmin sürücü təhlükəli manevrlər də edir. Əslində isə yük avtomobilləri üçün qanunauyğun sürət saatda 70 kilometrdir.
Məsələylə bağlı açıqlama verən Baş Dövlət yol Polis idarəsinin şöbə rəisi Kamran Əliyev deyir ki, videoda nömrəsi bilinsə belə yük maşınının sürücüsünü cərimələmək olmaz. Videoda olan nömrə də qoşqunun nömrəsidir və cəriməsi yoxdur. Əgər sürücü radarlar olan yerlərdə də həmin sürətlə keçibsə mütləq cərimələnib.
//xezerxeber.az